Bank Of Baku

Azərbaycan vətəndaşlarının 69,7%-i İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək - SORÄžU

Azərbaycan vətəndaşlarının 69,7%-i İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək - <font color=red>SORÄžU</font>
# 06 iyun 2008 12:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Rəy” Monitorinq Mərkəzi “Prezident seçkiləri-2008” sosioloji tədqiqatın nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin sədri Rizvan Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, sorğu ölkənin 28 yaşayış məntəqəsində, Bakı və Sumqayıt şəhərlərində 1400-dək respondent arasında keçirilib. Sorğuda iştirak edənlərin 69,7%-i seçkidə İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcəyini bildirib. Respondentlərin 56,2%i isə hesab edib ki, prezident seçkisində İlham Əliyevin alternativi yoxdur. “2008-ci ilin prezident seçkiləri demokratik olacaqmı” sualına respondentlərin 43%-i “bəli” cavabını verib, 28%i isə seçkinin demokratik olacağını güman etdiyini deyib. “Nə üçün müxalifət bir dəfə də olsun birləşə bilməyib” sualına respondentlərin 26%-i “Müxalifətə şəxsi ambisiyaları mane olur”, 35%-i “Bizdə əsl müxalifət yoxdur, onlar əcnəbilərin əllərində oyuncaqdır”, 12%-i isə “Hökumət müxalifətin neytrallaşdırılması istiqamətində düşünülmüş oyun aparır” cavabını verib. “Əgər müxalifətin vahid namizədinin irəli sürülməsi sizdən asılı olarsa, bu halda kimin namizədliyini təklif edərsiniz” sualına cavab verənlərin 10%-i Milli Birlik Hərəkatının Lideri Lalə Şövkətin namizədliyini dəstəkləyib. Respondentlərin 5%-i İsa Qəmbərin, 4%-i Etibar Məmmədovun, 4%-i Eldar Namazovun, 3%-i isə Rəsul Quliyevin adını çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR