Bank Of Baku

Əli Orucov: “AMİP-də seçkilərdə iştirak tərəfdarları çoxluq təşkil edir”

Əli Orucov: “AMİP-də seçkilərdə iştirak tərəfdarları çoxluq təşkil edir”
# 06 iyun 2008 13:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “AMİP-in bu ilin payızında keçiriləcək prezident seçkilərini boykot edəcəyi ilə bağlı baş katib Fuad Muxtarovun söylədikləri onun şəxsi fikridir. Bu, partiyanın mövqeyi deyil”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının təbliğat və mətbuat katibi Əli Orucov verib. Onun sözlərinə görə, bu məsələnin partiyada ciddi şəkildə müzakirəsinə ehtiyac var. Çünki partiyada seçkilərdə iştirakın və boykotun tərəfdarları var”. Ə. Orucovun sözlərinə görə, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra ölkədə yeni situasiya yaranıb: “Bu baxımdan bəzi partiyalarda tərəddüdlərin yaranması təbiidir. Mən hesab edirəm ki, seçkini boykot etməyə ehtiyac yoxdur. Seçkilərdə iştirak edib əhalini fəallaşdırmaq lazımdır. Digər tərəfdən, boykot taktikası Azərbaycanda dəfələrlə sınaqdan keçirilib və uğur gətirmir. Bu baxımdan situasiyanın dəyişməsi üçün müxalifət düşərgəsi daha əlaqəli işləməlidir”. Ə. Orucov partiyada seçkidə iştirak tərəfdarlarının çoxluq təşkil etdiyini bildirib.
Qeyd edək ki, AMİP-in sədr əvəzi Fuad Muxtarov APA-ya açıqlamasında seçkilərin boykot edilməsinə tərəfdar olduğunu bildirib: “Seçki Məcəlləsinə dəyişikliklərdən sonra boykot tərəfdarları daha ucadan haqlı olduqlarını bildirirlər. Mənim də şəxsi mövqeyim budur ki, bu qanunla seçkidə iştirak etməməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR