Bank Of Baku

Lətif Hüseynov: “Azərbaycanda rus dilinə rəsmi dövlət dili statusu verilməsi, ümumiyyətlə, müzakirə predmeti ola bilməz”

Lətif Hüseynov: “Azərbaycanda rus dilinə rəsmi dövlət dili statusu verilməsi, ümumiyyətlə, müzakirə predmeti ola bilməz”
# 06 iyun 2008 13:35 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov Rusiya Dövlət Dumasının MDB və yaxın xaricdə yaşayan həmvətənlərlə iş üzrə komitəsinin rəhbəri Aleksey Ostrovskinin keçmiş sovet respublikalarının rəhbərlərinə rus dilinə rəsmi dövlət dili statusu verilməsi barədə təklifini şərh edərkən bildirib. Şöbə müdiri deyib ki, bu barədə Konstitusiyanın 155-ci maddəsində açıq və birmənalı şəkildə göstəriş var. Onun sözlərinə görə, belə bir məsələ ümumiyyətlə müzakirə predmeti ola bilməz. L. Hüseynov Azərbaycan Konstitusiyasında olan bir sıra müddəaların referenduma çıxarılmasının və dəyişdirilməsinin mümkünsüzlüyü haqqında da danışıb: “Hakimiyyətin mənbəyi, Azərbaycan dövlətinin idarəçilik forması, unitar respublika, prezident respublikası, o cümlədən dövlət dilinin Azərbaycan dili olması ilə bağlı müddəalar heç bir halda referenduma çıxarıla bilməz. Xalq bu məsələləri həmişəlik müəyyən edib. Hesab edirəm ki, bunlar hamısı Azərbaycan xalqı və dövləti üçün eyni dərəcədə taleyüklü məsələlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR