Bank Of Baku

Rusiya prezidentinin köməkçisi Dmitri Medvedevlə İlham Əliyevin görüşü haqqında açıqlama verib

Rusiya prezidentinin köməkçisi Dmitri Medvedevlə İlham Əliyevin görüşü haqqında açıqlama verib
# 06 iyun 2008 14:59 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov APA. “Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında çox mehriban, açıq söhbət oldu”. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. O, prezidentlərin yanacaq-energetika, kənd təsərrüfatı sahələrinə aid məsələləri, iqtisadi-ticarət əlaqələrini, regiondakı durumu müzakirə etdiklərini bildirib: “Azərbaycan prezidenti Ermənistan prezidenti ilə yenicə keçirdiyi görüşlə bağlı təəssüratlarını da bölüşdü”. S. Prixodko Moskvanın Azərbaycanın rus dili və mədəniyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR