Bank Of Baku

ABŞ Konqresinin Nümayəndələr Palatasının ən uzun müddətli spikeri BTC-yə dəstək verən nüfuzlu hüquq şirkətində çalışacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının ən uzun müddətli spikeri BTC-yə dəstək verən nüfuzlu hüquq şirkətində çalışacaq
# 07 iyun 2008 07:29 (UTC +04:00)
APA-nın ABŞ bürosunun ABC kanalına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının ən uzun müddətli spikeri olmuş D. Hastert şirkətdə baş məsləhətçi kimi Dövlət Qanunvericiliyi və Strateji Qruplarla iş üzrə ixtisaslaşacaq. Qeyd edək ki, adı çəkilən şirkət 1999-cu ildə BTC layihəsi üzrə İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan arasında imzalanan dövlətlərarası müqavilədə Türkiyənin “Botaş” və Enerji Nazirliyinin hüquqi məsləhətçisi qismində çıxış edib. “Dickestein Shapiro” şirkəti boru kəmərinin keçdiyi ərazilərdə vergi ödəmələri, torpaq sahələri və ətraf mühitlə bağlı məsələlərlə məşğul olub. Bu məlumatlar hüquq firmasının İnternet səhifəsində yerləşdirilib.
Əlavə edək ki, “Dickestein Shapiro” 400 hüquqşünasla Amerikanın 500 ən iri şirkətindən 100-nə xidmət edir. ABŞ Erməni Milli Komitəsi artıq bəyanat yayıb ki, D. Hastert qondarma “erməni soyqırımı”nı tanıyan 106 nömrəli qanun layihəsinin Konqresdə müzakirəsinə mane olmaq istiqamətində fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR