Bank Of Baku

Ermənilər müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənilər müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs rejimini pozublar
# 07 iyun 2008 07:47 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 6-da saat 17.35-dən 18.00-dək və axşam 20.30-dan 20.50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqes və Çinari kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi kəndi yerləşən mövqelərini atəşə tutublar. Bundan başqa ermənilər saat 13.10-dan 13.20-dək və iyunun 7-də saat 05.10-dan 05.20-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 18.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.02-dən 23.14-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR