Bank Of Baku

Venesiya Komissiyasının 75-ci sessiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib

Venesiya Komissiyasının 75-ci sessiyasının gündəliyinə Azərbaycanla bağlı iki məsələ daxil edilib
# 07 iyun 2008 08:07 (UTC +04:00)
Əvvəlcə Venesiya Komissiyasının üzvləri Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna dəyişikliklər barədə məlumatlandırılacaq, daha sonra Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri müzakirə edəcəklər. Sessiyada VK üzvlərindən Endzins, Paszolay və Pilqrim bu sənədə rəy verəcəklər. İclasda Prezidentin İcra Aparatının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev, Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edəcəklər. Qeyd edək ki, Venesiya Komissiyasının iclasında Ermənistanda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklərlə bağlı da müzakirələrin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR