Bank Of Baku

Qüdrət Həsənquliyev yenidən BAXCP-nin sədri və prezidentliyə namizədi olub

Qüdrət Həsənquliyev yenidən BAXCP-nin sədri və prezidentliyə namizədi olub
# 07 iyun 2008 12:25 (UTC +04:00)
Gündəliyə partiya sədrinin, Ali Məclis sədrinin, MNTK sədrinin hesabatları, bu qurumların yeni sədrlərinin seçilməsi, Ali Məclisin tərkibinin təsdiq olunması və 2008-ci ildə Azərbaycanda keçirdiləcək prezident seçkiləri ilə bağlı müzakirələr daxil edilib. BAXCP sədri hesabat nitqində partiyanın qurultayının keçirilməsi üçün hakimiyyət tərəfindən şərait yaradılmadığını, ali toplantını divarları qara pərdə ilə örtülmüş kinoteatrda keçirməyə məcbur olduqlarını qeyd edib: “Bu qara rəng Azərbaycanda müxalifətin vəziyyətinin göstəricisidir”. Q. Həsənquliyev Azərbaycan hakimiyyətinin balanslaşdırılmış xarici siyasət apardığını, lakin bu siyasətin milli maraqlara cavab vermədiyini qeyd edib. Onun fikrincə, Azərbaycan Türkiyə ilə hərbi müttəfiq olmalı, NATO-ya daxil edilməlidir. Partiya sədri bəzi beynəlxalq təşkilatların Azərbaycanı güclü və demokratik ölkə kimi görmək istəmədiyini vurğulayıb: “Rusiya Qarabağ probleminin həllində nə qədər maraqlı deyilsə, Qərb dövlətləri də o qədər maraqlı deyillər. Bu, BMT-nin sonuncu sessiyasında Dağlıq Qarabağla bağlı qətnamənin qəbulu zamanı da təsdiqləndi”. Ölkədaxili vəziyyətdən danışan BAXCP sədri siyasi partiyalar arasında əməkdaşlıq mühitini olmadığını və beynəlxalq təşkilatların bundan yararlandığını vurğulayıb. Q. Həsənquliyev seçkiləri boykot etməyin əhəmiyyətsiz olduğunu da deyib. Qurultayda qonaq qismində iştirak edən BQP sədri Fazil Qəzənfəroğlu, YAP icra katibinin müavini Mübariz Qurbanlı, AVP sədri Fəzail Ağamalı, QAT sədri Akif Nağı, VAMBP sədri Hacıbaba Əzimov, ACP sədrinin müavini Yaqub Abbasov və digərləri də çıxış edib. Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı öz çıxışında BAXCP-yə uğurlar arzulayıb. O, prezident seçkilərinin tam demokratik keçiriləcəyinə əmin olduğunu və siyasi partiyalar üçün bərabər şəraitin yaradılacağını qeyd edib. Ali Məclis və MNTK-nın sədrlərinin çıxışından sonra təşkilati məsələlərə baxılıb.
Partiyanın sədrliyinə yenidən Qüdrət Həsənquliyevin alternativsiz namizədliyi irəli sürülüb və yekdilliklə növbəti müddətə BAXCP-nin sədri seçilib. Partiyanın Ali Məclisinin sədrliyinə isə Mikayıl Rəhimovun namizədliyi sürülüb və o da bu posta seçilib. Qurultayda 2008-ci il prezident seçkilərində iştirakla bağlı müzakirələr aparılıb və partiyanın seçkidə iştirakı vacib sayılıb. Partiya prezidentliyə Q. Həsənquliyevin namizədliyini irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR