Bank Of Baku

Oqtay Əsədov QDİƏT ölkələri parlament sədrlərinin sammitində çıxış edib

Oqtay Əsədov QDİƏT ölkələri parlament sədrlərinin sammitində çıxış edib
# 10 iyun 2008 08:02 (UTC +04:00)
Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əsədov çıxışında son illər təşkilata üzv ölkələrin siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələrinin gücləndiyini deyib. O, Qara dəniz bölgəsinin uğurları və nailiyyətləri ilə yanaşı, ağrılı problemlərin də olduğunu bildirib: “Bizim zorla cəlb edildiyimiz Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsi nəinki ölkəmizin inkişafını ləngidir, həm də regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir. Azərbaycan bu münaqişənin beynəlxalq hüquq prinsipləri və normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsi yoluna sadiqdir”.
Sammitdə “QDİƏT Parlament Məclisinin yaranmasının 15 illiyi” ilə bağlı bəyannamə də qəbul edilib. Tədbirdən sonra Yunanıstan prezidenti Karolas Papulias ilə parlament sədrlərinin görüşü keçirilib.
Bundan başqa, O. Əsədov Moldova parlamentinin sədri Marian Lupu və Rusiya Dövlət Dumasının sədr müavini Valeri Yasevlə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR