Bank Of Baku

Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Gənclər Forumu təşkil olunub

Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”  mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Gənclər Forumu təşkil olunub
# 10 iyun 2008 08:14 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Gənclər Forumu təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BMT-nin nümayəndəsi Hənifə Mezui Azərbaycanda qadınların bütü sahələrdə fəal olduğunu bildirib. Azərbaycanda qadınların hələ 20-ci əsrin əvvəllərində səsvermə hüququnu qazandıqlarını xatırladan BMT nümayəndəsi qadınların qlobal problemlərinə, onların həllinə toxunub. Onun sözlərinə görə, bəzi ölkələrdə qadınların sosial-iqtisadi, insan hüquqları baxımından vəziyyəti acınacaqlıdır. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxışında Azərbaycanın dini və mədəni cəhətdən tolerant ölkə olduğunu söyləyib. L. Əliyeva bildirib ki, İslam dinində qadınlara çoxlu sayda hüquq verilib. Dünyada baş verən münaqişələrdən daha çox qadınların əziyyət çəkdiyini deyən L. Əliyeva 2009-cu ildə “Gənc qadınların beynəlxalq dialoqda rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR