Bank Of Baku

Brüsseldə Qaçqınlar və Sürgündə Olanlar üzrə Avropa Şurasının növbəti toplantısı keçirilib

Brüsseldə Qaçqınlar və Sürgündə Olanlar üzrə Avropa Şurasının növbəti toplantısı keçirilib
# 10 iyun 2008 10:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Belçikanın paytaxtı Brüsseldə Qaçqınlar və Sürgündə Olanlar üzrə Avropa Şurasının (ECRE - European Council on Refugees and Exiles) növbəti yarım illik toplantısı keçirilib. “Avropanın ürəyində” devizi altında keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi (BAMF) Azər Həsrət də iştirak edib. BAMF-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ECRE-nin baş qərargahının Londondan Brüsselə köçürülməsi və yeni işçilərin təqdimatı məsələləri müzakirə edilib. Qurumun növbəti toplantısının bu il 30-31 oktyabr tarixində Parisdə keçiriləcəyi elan edilib. Məlumata görə, BAMF nümayəndəsi səfər çərçivəsində bir sıra görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanda qaçqınların durumu, ECRE ilə BAMF arasında əlaqələrin inkişaf məsələləri də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR