“Nə qədər ki, Lalə Şövkət “Azadlıq” blokundadır, o, Əli Kərimli ilə İsa Qəmbərin bir araya gəlməsinə imkan verməyəcək”
- Müsavat Partiyasının prezident seçkilərində iştirak edib-etməyəcəyi hələlik dəqiq bəlli deyil. Sizcə, vəziyyət nə zaman aydınlaşacaq?
- Müsavat hər zaman seçkilərdə iştirakın tərəfdarı kimi çıxış edib. Amma son günlər Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı gündəmə gələn problem Müsavatda tərəddüd yaradıb. İndiki Seçki Məcəlləsindən duyulan odur ki, hakimiyyət təmsilçiləri kimi istəsələr, qeydə alacaqlar, istəmədiklərini kampaniyadan kənarda saxlayacaqlar. Çünki depozitlə bağlı müddəanın məcəllədən çıxarılmasından sonra namizədin topladığı imzaları saxta elan edib, onun seçkidə iştirakına əngəl yaratmaq asanlaşır. Eynilə Rusiyada da Medvedyevin əsas rəqibi olan Kasyanov bu şəkildə seçkilərdən kənarda qoyulmuşdu. Artıq dəyişdirilmiş Seçki Məcəlləsi ilə Azərbaycanda da belə bir mexanizm formalaşdırılıb. İndiki halda Müsavat Partiyasının bütün bunların İsa Qəmbərə görə edildiyini düşünməyə tamamilə haqqı var. Mənim müşahidələrimə görə, Müsavat məhz qanunverici bazada edilən bu dəyişikliyə görə boykota meyllənməkdədir. Mən partiya həyatına daxil deyiləm, məlumatım az olur, iştirak etməməklə bağlı əhval-ruhiyyə hər gün güclənməkdədir. Buna görə də partiyanı qınamıram.
- Boykot qərarı hansı halda verilə bilər?
- Gəlin vəziyyətə baxaq. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun icra olunmur. Müxalifətin fəaliyyəti üçün minimal şərait yoxdur, telekanallara çıxmaq, ictimaiyyətlə kontakt yaratmaq imkanları məhdudlaşdırılıb. Müxalifətlə işləyən müstəqil qəzetlərin rəhbərləri, müxbirləri təqib olunur, həbs edilir. Belə vəziyyətdə seçkilərə qatılmaq istənilən təşkilat üçün çətindir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, boykot haqqında qərarı ən sonda elan etmək lazımdır. Halbuki hazırda da bunu elan etmək üçün bütün əsaslar var. Amma müxalifət partiyalarının Azərbaycanda missiyaları tamam başqadır. Onlar seçkilərdə yalnız proseduru udmaq-uduzmaq üçün iştirak etmirlər. Hər iştirak ölkədəki durumu kökündən dəyişdirmək şansının bir daha yoxlanması, xalqa çıxış naminə edilir. Bu baxımdan müxalifətin naz etməyə, küsməyə, geri çəkilməyə haqqı yoxdur. Onlar hər an və hər yerdə mübarizə aparmalıdırlar. Vəziyyət heç olmasa orta, demokratik göstəricilərə uyğun olsaydı, naz etmək olardı. İndi isə bu mümkün deyil, çünki ictimai təzyiq rıçaqları həm də seçkidə iştirak etmək vasitəsilə formalaşdırıla bilər. Ona görə hesab edirəm ki, bütün əsaslar olmasına baxmayaraq, boykotu hələ elan etmək lazım deyil. Müsavatda hazırda boykotla bağlı müzakirələr gedir. Hesab edirəm ki, bu qərar verilsə, ölkədə mühit dəyişəcək. İnsanların seçkidə iştirakı və fəallığı əhəmiyyətlə şəkildə aşağı düşəcək. Əgər normal statistika aparmaq, səsləri saymaq mümkün olsaydı, əslində bu, yaxşı hal olardı. Amma bizdə tamam başqa prinsiplər işləyir, ona görə də hesab edirəm ki, seçicilərin passivliyi MSK-nın “işinə” yarayacaq. O baxımdan yenə də deyirəm ki, boykot qərarını Müsavatın seçkidə iştirakı heç cür mümkün olmadığı halda elan etmək lazımdır. Bu günlərdə Müsavat Partiyası Məclisinin növbədənkənar toplantısının keçirilməsi mümkündür. Gələn həftə belə bir qərar verilər bilər. Məclisdə bu məsələ müzakirə olunacaq. Hakimiyyətin son addımları partiyanın strukturlarını boykot qərarını verməyə yönəldib. Ola bilər ki, iyun ayında partiyada belə bir qərar verilsin. Amma seçkiyə girmək, öz namizədinin qeydə alınması təşəbbüsünü göstərmək də tamamilə mümkündür və məncə, çox lazımdır. Ola da bilər ki, hakimiyyətin münasibətini aşkarlamaq üçün İsa Qəmbərin namizədliyi irəli sürülsün, onun üçün səslər yığılsın, onun qeydə alınması təşəbbüsü göstərilsin. Qoy qeydə almasınlar, bunun özü də bir işdir, seçkilərin nəticələrini bəri başdan şübhə altına almağı bacarmaqdır. İmzatoplama prosedurunun özü də strukturların işləməsi və xalqla birbaşa təmas qurulması üçün fürsətdir. Bütün bu cür fürsətlərdən sonuna qədər yararlanmaq lazımdır.
- Müsavat başqanının namizədliyi qeydə alınandan sonra müxalifət düşərgəsində nə baş verə bilər?
- İsa Qəmbərin namizədliyinin qeydə alınması faktiki olaraq müxalifətin seçkilərdə vahid namizədlə iştirakı demək olacaq. Çünki onun müxalifətdən olan əvvəlki güclü opponentlərinin demək olar ki, heç birinin imkanları qalmayıb. Özünü, tərəfdarlarını, komandasını, təşkilatını bu mərhələyə qədər qorumağı bacaran yeganə müxalif lider İsa Qəmbərdir. Onun seçkiyə qatılmaq üçün bütün start şərtləri yerdə qalanlardan çox üstündür. Əli Kərimlinin seçkilərdə iştirak etməməsi, zəifləməsi səbəbindən İsa Qəmbərə rəqib olması qeyri-mümkündür. Mən ilk olaraq ona görə onun adını çəkirəm ki, təşkilati baxımdan AXCP Müsavatdan sonra gəlir. Rəsul Quliyevin imkanları çox məhdudlaşıb, partiyası bir neçə yerə parçalanıb, qohumları ona qarşı qiyama qalxıb, seçkilərə qatılmaq şansı yoxdur, təşkilatında xaos var. İlyas İsmayılov artıq düşərgəsini dəyişib, heç iddialı da deyil. Lalə Şövkət seçkilərdə iştirak etmir. Baxmayaraq ki, onun adına təşkilat deyilməyəcək qədər zəif strukturu var, amma özü effektli təbliğat aparmağı bacaran siyasətçidir. Etibar Məmmədov artıq siyasətçi olaraq səhnədə yoxdur. Ənənəvi siyasət liderlərindən səhnədə İsa Qəmbərə rəqib ola biləcək, elektoratı parçalaya biləcək heç kim qalmayıb. Müxalifət düşərgəsindən olan bəzi iddiaçı dostlarımızın isə ənənəvi narazı düşərgədən səs almaq imkanları minimumdur. Onlar müxalifət elektoratından seçkilərdə heç kim iştirak etməyəcəyi təqdirdə səs ala bilərlər. İqbal Ağazadə və Eldar Namazovun İsa Qəmbər seçkilərdə iştirak etməsə, bizim düşərgədən səs almaq imkanları var. Baxmayaraq ki, hazırda onların hər ikisi ciddi şəkildə seçkilərə hazırlaşır, təşkilatlanır, maliyyə axtarır və s. Məncə, hətta onlardan da birini seçkilərə buraxılmamaq kimi təhlükə təhdid edir. İnanıram ki, Müsavat başqanı qeydə alınsa, bu, hətta Ermənistan modelində götürsək, hadisələrin, proseslərin gedişatını dəyişdirə biləcək nəticələrə səbəb ola bilər. Ona görə də müxalifətin seçkilərdə iştirakının qarşısını almaq üçün bütün imkanlardan istifadə edilir. Buna baxmayaraq, müxalifətdən olan istənilən iddiaçının işləməsi üçün Azərbaycanda çox münbit bir auditoriya formalaşıb.
- Seçki Məcəlləsi ilə bağlı aparılan müzakirələrdə, istər parlamentdə, istərsə də ondan kənarda müxalifətin səsi, demək olar, eşidilmədi. Müxalifətin razılaşmadığı məsələlərə etiraz etməməsi nə ilə bağlıdır?
- Bizim müxalifətçilər illərdir ki, minimum imkanlarla maksimum nəticələr əldə ediblər. Onlar illərdən bəri milyonların içindən seçilib ortaya çıxıblar, böyük prosesləri idarə edib, hakimiyyət dəyişiblər. Buna baxmayaraq, bizim dostlarımız 2008-ci ildə özlərinə yaraşmayacaq şəkildə çox tənbəl davrandılar. İlk dəfədir ki, müxalifət seçkilərdə olduqca tənbəl, həvəssiz bir kampaniyaya başlayıb. Artıq müxalifət seytnot vəziyyətində prosesləri izləməyə məcburdur. Müxalifətin seçkilərdə iştirakla bağlı yekdil qərarı olsa belə, vaxt çatışmazlığı onu problemlərə soxa bilər. Partiyalar əvvəlcədən yanlış hərəkətlər etdi. Hansısa formatda bir araya gəlmək lazım idi, ciddi birliyə ehtiyac vardı. Təəssüf ki, müxalifətin ciddi qüvvələrinin bir araya gəlmək imkanları və potensialını “Azadlıq” blokunun yersiz iddiaları, ittihamları, hamını satqın elan etməsi aradan qaldırdı, buna imkan vermədi. “Azadlıq” blokunda yeganə qüvvə AXCP-dir. Lalə Şövkət özü peşəkar siyasətçi olsa da, heç bir təşkilatı yoxdur. Əli Əliyevi isə heç qeyd etməyə ehtiyac yoxdur, çünki o, hələ siyasətçi səviyyəsində yetişməyib. Belə olan halda biz dəfələrlə təklif etdik ki, KXCP, AXCP və Müsavatın birgə formatda hansısa ortaq struktur qurmasına böyük ehtiyac var. Onda Azərbaycanda ictimai abı-hava dəyişə bilərdi. Buna gedilmədi. Sonra başqa formatlar təklif edildi. Məsələn, “Beşlər” + “Azadlıq” bloku. Hansısa bir ortaq format tapıb, bir məkanda yığışmaq lazım idi. Təəssüf ki, bu aylar ərzində bu addımlar atılmadı, əksinə, qarşılıqlı ittihamlar, əks kampaniyalar təşkil olundu. Məlum oldu ki, seçki kampaniyasına girməli olan, mandatı məhz hakimiyyəti tənqid etmək olan bir neçə təşkilat ancaq hakimiyyətin əvəzinə məni və “Yeni Müsavat” qəzetini ittiham etməklə məşğuldur. Bu gün iki partiya - ACP və AXCP aşkar və gizli şəkildə demokratik düşərgənin əsas tribunası olan “Yeni Müsavat” qəzetinə qarşı mübarizə ilə məşğuldur. Bu da istər-istəməz qarşılıqlı ittihamlara, münasibətlərin korlanmasına gətirib çıxarır və bütün bunların məsuliyyəti yenə də müxalifət liderlərinin üstündədir. Onu deyə bilərəm ki, müxalifət liderlərinin bu il üçün böyük imkanları vardı, onlar böyük şansları qaçırdılar. Amma hələ hər şey tam itirilməyib. Yenə də bir araya gəlib ortaq qərarlar vermək mümkündür.
- Bu gün hansı qüvvələrin ortaq məxrəcə gəlməsi realdır?
- Mən çox istərdim ki, “Azadlıq” bloku ilə Müsavatın ortaq məxrəcə gəlməsi mümkün olsun. Amma nə qədər ki, mənim çox hörmət etdiyim Lalə Şövkət blokdadır, Əli Kərimli ilə İsa Qəmbərin bir araya gəlməsi mümkün deyil. Lalə xanım, sadəcə, buna imkan verməz. Təbii ki, onun özünün maraqları var. Əli Kərimlinin, AXCP-nin, Müsavatın, Elçibəy komandasının bir arada olması ona görə mümkün olmur ki, Lalə Şövkətin marağı var. Mən hesab edirəm ki, “Azadlıq” bloku dağılmalıdır, Əli Kərimli, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu ilkin etapda blok yaratmalıdır. Çünki ölkə boyu bu üç qüvvənin real strukturları mövcuddur və həmin strukturlar vaxtilə eyni təşkilat olub. Bu gücləri birləşdirməmək və onları bir-birinə qarşı qoymaq sadəcə, cinayətdir, müxalifətçiliyə, Rəsulzadə-Elçibəy yoluna xəyanətdir.
- Mətbuatda aparılan kampaniya qüvvələr yox, fərdlər arasında gedən mübarizə təsiri bağışlayır. Münasibətlərin gərgin olmasına görə Sizi ittiham edənlər də çoxdur. Hətta ittiham edənlərin arasında müsavatçılar da var. Buna münasibətiniz necədir?
- Siyasi həyatda mübahisə və intriqalar keçilməz bir faktdır, onsuz ola bilməz. Müxalifət liderlərinin arasını hətta hansısa qəzet vurmaq istəyirsə belə, onlar siyasətçi ağlı, düşüncəsi ilə təxribatlara getməməlidirlər. Halbuki bizim tərəfimizdən belə təxribatlar yoxdur. Biz sadəcə, müxalifət, iqtidar düşərgəsində olan məsələlərə münasibət bildiririk. Amma heç zaman “Yeni Müsavat” qəzeti kiminsə üzərinə hücuma keçib, kiminsə haqqında təhqiramiz ifadələr işlətməyib. Bizim AXCP ilə son konfliktimizə səbəb nə oldu? Qəzetin manşetində “iqtidarımız” ifadəsini işlətdiyimiz üçün “Azadlıq” qəzeti buna dörd məqalə həsr etdi. Bütün bu yazılarda biz vətənə xəyanətdə, rüşvətxorluqda, harasa işləməkdə ittiham olunduq. Bu yazılarda İsa Qəmbərə müraciət olunurdu ki, “xain qəzeti” yığışdır. Bizə ünvanlanan təhqirlərdən sonra cavab verməyə məcbur olduq. Burda bizim nə günahımız var? Günün birində “Bizim yol” qəzetini açıram, görürəm ki, Rəsul Quliyevin müavini, hər zaman dəstək verdiyimiz, yaxşı münasibətimiz olan Yaqub Abbasov məni “vətən xaini” elan edib. O, bildirib ki, hansısa xəbəri dərc etməklə “Yeni Müsavat” hökumətə kömək edib. Axı bunu necə, hansı ağılla, hansı cihazla müəyyənləşdirmək olar? Biz də şərəf və ləyaqətimizi, qəzetin imicini müdafiə etmək üçün cavab yazdıq. Necə oldu 2 il qabaq iqtidardakıları “intellektual”, müxalifətçiləri “dəlilər” elan edən bir şəxs indi bizi iqtidara işləməkdə ittiham edir? Bu adam uzun müddət iqtidar düşərgəsində təmsil olunub, müxalifətə təzə gəlib Rəsul Quliyev müxalifətə keçəndən sonra. İndiki məqamda “Yeni Müsavat” müxalifətdən, demokratik düşərgənin bütün liderlərindən daha çox işləyir. Hakimiyyəti çox tənqid edir, alternativ informasiya mənbəyi təşkil edir, amma özü nəticədə tənqidə və zərbələrə məruz qalır. Sonra da deyirlər ki, qəzet konflikt yaradır.
- Yaqub Abbasovun sizinlə nə problemi var ki?
- Biz hər zaman ona dəstək vermişik. Bu adam deyib ki, Rauf Arifoğlu Rəsul Quliyevin mirzəsi olub. 1998-99-cu illərdə biz Rəsul Quliyev də daxil olmaqla, o zaman qurulmuş “BEŞLƏR” birliyinə dəstək vermişik. İndi Yaqub Abbasov işarə verir ki, guya bizə rüşvət verib və məhz bu səbəbdən biz Rəsul Quliyevə mirzəlik etmişik. Bütün məsuliyyətimlə bildirirəm ki, Rəsul Quliyev adlı adamın adından nəinki Yaqub, heç kim bizə dəstək verməyib. Ola bilər ki, Y. Abbasov bizim yazdığımız məqalələri özünün təşkil etdiyini söyləyib və Rəsul Quliyevdən pul çəkib, mənim bunda işim yox. Amma biz Rəsul Quliyevdən də, digər müxalif liderlərdən də açıq şəkildə, qəzet vasitəsilə pul istəmişik. Nəinki Rəsul Quliyev, heç kim bizə ən çətin anlarımızda maddi dəstək verməyib. İndi Yaqub Abbasov sabah da deyə bilər ki, 2005-ci ildə onlar mənim də mirzəm olub. Çünki biz parlament seçkilərində iştirak edən zaman onun hüquqlarını sona qədər müdafiə etmişik. Həm də tam təmənnasız. Bu baxımdan mən elə bütün demokratik düşərgənin mirzəsi olmuşam. Yaqub Abbasov haqqımızda olmazın təhqirlər yağdırır, sonra isə bizi suçlu çıxarır.
- Sizcə, bu məsələdə Rəsul Quliyevin rolu var?
- Var. Bu məsələdə iki ehtimalım var. Ya onu hakimiyyətdəki hansısa qrup danışdırır, buna az ehtimalla inanıram. Böyük ehtimalla bu məsələnin arxasında Rəsul Quliyev durur. Çünki buz Rəsul Quliyevi haqlı olaraq tənqid edirik, onun haqqında öz doğmalarının, bacısı oğlunun verdiyi məlumatları çap edirik. Adam dayısının elektron poçtundan götürdüyü məktubları bizə verir, biz də dərc edirik. Biz həmin məlumatları niyə çap etməməliyik? Bizi söyürlər, bu məlumatları ötürən İlqar Quliyevin adını isə bircə dəfə də çəkmirlər. Çünki ACP indi İlqar Quliyevin ofisində yerləşir. Qorxularından və ikiüzlülük edərək məlumatı verən mənbə haqqında bir söz deyə bilmirlər, bizi isə şantaj edirlər. Mən də məcbur olub onu məhkəməyə verəcəyəm. İşi hazırlayan vəkillər deyirlər ki, obyektiv məhkəmə keçirilsə, Yaqub Abbasov dərhal həbs olunmalıdır. Baxaq görək, mənim həmkarlarımı xüsusi ittiham qaydasında həbs edən məhkəmələr onun haqqında hansı qərarı çıxaracaqlar? Eyni zamanda həmin şəxsin fikirlərini birtərəfli qaydada işıqlandıran qəzetlərlə bağlı iddia ərizələri məhkəməyə yaxın günlərdə təqdim olunacaq.
- Müsavat Partiyasının qərargahından çıxarılacağı barədə son günlər yenidən yayılan məlumatlar inandırıcıdırmı?
- Qərargahın yerləşdiyi ərazi özəlləşdirilib. İstənilən vaxt Müsavatı təhlükə gözləyir. Seçkilərə qədər, ya ondan sonra bu ərazinin sahibləri istəsələr, partiyanı qərargahdan çıxara bilər. Belə bir təhlükə “Yeni Müsavat” qəzetinin redaksiyası üçün də var. Mən bununla bağlı düşünürəm. Bilirəm ki, günlərin birində maşınları göndərib, əşyalarımızı yığıb aparıb harasa ata bilərlər.
- Azərbaycan Jurnalistlərinin V Qurultayında Mətbuat Şurası sədrinin seçkisində sizin və rəhbərlik etdiyiniz qəzetin mövqeyi nədən ibarət olacaq?
- Mətbuat Şurasından çıxmaq haqqında çox ciddi düşünürəm. Qurultayın nəticəsindən asılı olaraq, bununla bağlı qərar qəbul edəcəyəm. Böyük ehtimalla Mətbuat Şurasından çıxacaq və alternativ olaraq müxalifət qəzetlərindən ibarət olmaqla, keçici bir qurum yaratmağa çalışacağam. Çünki artıq bu qurumla bağlı mənim heç bir gözləntim yoxdur. Mən Mətbuat Şurasının bundan sonra üzərinə düşən vəzifəni həyata keçirəcəyinə az inanıram. Mətbuat Şurası bizim ən uğursuz proyektlərimizdən biridir. Şura tamamilə hakimiyyətin nəzarətinə keçdi və hakimiyyət bu qurumu nəzarətindən buraxmayacaq. İstəyirdik ki, Mətbuat Şurası media ilə hakimiyyət, cəmiyyət arasında körpü olan ortaq qurum olsun. Lakin bunu edə bilmədik. Şuranın yaranması proyektinin əsas müəllifi Arif Əliyev, əsas iştirakçılarından biri isə mənəm. Arif bəy heç olmasa İdarə Heyətində təmsil olunub. Mən isə prosesdən tam kənarda qalmışam, heç bilmirəm ki, orada nə baş verir. Qəzetlərdən oxuyuram ki, vaxtilə bizim qurduğumuz Mətbuat Şurası hansısa addımları atıb. Bu illər ərzində nə qədər problemimiz, dərdimiz olub, məhkəmələrə düşmüşük, cərimələrimiz olub, Mətbuat Şurası adlı qurumun “Yeni Müsavat”a heç bir faydası olmayıb. Qurumun ayrı-ayrı üzvlərinin - Arif Əliyev, Əflatun Amaşov, Elçin Şıxlı, Rəşad Məcidin mənim özümə də, qəzetə də böyük dəstəkləri olub. Məhz Mətbuat Şurasının heç bir qəzetə, o cümlədən “Yeni Müsavat”a heç bir faydası dəyməyib. Qurultayda iştirak edib-etməmək barədə hələ qərar verməmişik. Bəlkə heç qurultayda iştirak etmədim. Böyük ehtimala biz qurultayda keçiriləcək səsvermədə iştirak etməyəcəyik.
- Deputat Əhəd Əhmədovla bağlı “Yeni Müsavat”da dərc olunan materiallar birmənalı qarşılanmayıb. Bu yazılanların etik prinsiplərə zidd olduğunu deyənlər də var...
- Əhəd Əhmədovun işi kifayət qədər ciddi, siyasi işdir. Bunu bir çox həmkarım bilmir. Bilməyə-bilməyə də bizi suçlayırlar. Həmin deputatın şikayəti əsasında 200 nəfər istintaqdan keçib. Onların işində çox tanınmış siyasətçilər, deputatların uşaqları, 10-dan çox media mənsubu, Əhəd Əhmədovun yaxın dostları olan böyük iş adamları, deputatın doğmaları var. Bu sadə bir vətəndaşın işi olsaydı, biz bunun işıqlandırılmasına imkan verməzdik. Biz məlumatları da, ittiham aktını da çap etmişik. Bu məlumatların böyük əksəriyyəti prosesdə zərərçəkən qismində keçən, aylarla həbsxanada yatan, sonradan pul alınıb azadlığa buraxılan iş adamları, siyasətçilərlə bağlıdır. O işdə siyasi fiqurlar, çox ciddi siyasi fiqurların uşaqları, qohumları var. Biz belə bir işi necə yazmaya bilərik? Məndə olan məlumata görə, bu iş hakimiyyətin yuxarı elitasında iki dəfə müzakirəyə çıxarılıb. Bu məsələ qruplararası toqquşmalara səbəb olub. Əhəd Əhmədov hüquq-mühafizə orqanları ilə əlbir olaraq bir neçə imkanlı adamın adını verib, onlardan pul alıb azadlığa buraxıblar. Biz bunları yazmışıq. Siz biləsiniz ki, bizim yazdıqlarımız onlarla adamı həbsxanadan qurtarıb. Əhəd Əhmədov ictimai fiqurdur, bu cür adamların həyatından detallarla yazmağa medianın ixtiyarı var. O, böyük bir bölgənin deputatıdır. Biz xalqa onun həyat tərzinin necə olduğunu göstərdik. Məndə olan məlumata görə, əksər qəzetlər bu məsələ ilə bağlı susdurulub, onlara əvvəlcədən rüşvət verilib. Bu səbəbdən onlar bu haqda yazmırlar. Bəli, bizə də rüşvət təklif edilib, dəfələrlə. Məsələn, Əhəd Əhmədov qəzetimizin əməkdaşlarına bir qədər əvvəl müsahibə verəndə onlara rüşvət təklif edib. Hər qəzet bundan keçmir ki...

Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB