Bank Of Baku

Sərdar Cəlaloğlu: “Zəminə Dünyamalıyevanın ADP-də elə bir statusu, nüfuzu, gücü yox idi ki, dediyi sözü özündən başqa 5-10 nəfər də dəstəkləsin”

Sərdar Cəlaloğlu: “Zəminə Dünyamalıyevanın ADP-də elə bir statusu, nüfuzu, gücü yox idi ki, dediyi sözü özündən başqa 5-10 nəfər də dəstəkləsin”
# 10 iyun 2008 11:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Zəminə Dünyamalıyeva hakimiyyətin siyasətini dəstəkləyirdisə, onda niyə Yeni Azərbaycan Partiyasından çıxıb ADP-yə gəldi? Bir kursdan üz döndərib, sonra da “2003-cü ildə İlham Əliyevin namizədliyini dəstəkləmək təklifi ilə çıxış etmişəm” demək absurddur. Belə bir şey olmayıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Açıq Cəmiyyət Partiyası (ACP) liderinin müşaviri Zəminə Dünyamalıyevanın fikirlərinə münasibət bildirən S. Cəlaloğlunun sözlərinə görə, 2003-cü ildə ADP-də ya Etibar Məmmədovun, ya İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləmək, yaxud da üzvlərin səsvermədə sərbəst seçim etməsi variantları müzakirə edilib: “Zəminə Dünyamalıyeva “heç kimi dəstəkləməyək” deyənlərdən idi. Amma “dördlər”in London görüşündə razılıq olmuşdu ki, dörd liderdən hansının seçkilərdə təşkilatçılığı, reytinqi daha yüksək olsa, bütün müxalifət onu dəstəkləsin. Biz də uzun müddət həm Etibar Məmmədovun, həm də İsa Qəmbərin kampaniyasını izlədik, iştirak etdik. Seçkinin sonuna yaxın ümumi rəy bundan ibarət oldu ki, İsa Qəmbərin kampaniyası kifayət qədər güclüdür. Bunu Əli Kərimli də etiraf edirdi. Biz London razılaşmasına sadiq qaldıq, digərləri isə müəyyən şərtlər irəli sürdülər və bu şərtlərdə razılıq olmadığına görə London razılığını həyata keçirməkdən qaçdılar”. S. Cəlaloğlu bildirib ki, Z. Dünyamalıyeva ADP-də olduğu dövrdə minlərlə söz deyə bilərdi: “Birincisi, onun elə bir statusu, nüfuzu, gücü yox idi ki, dediyi sözü özündən başqa 5-10 nəfər də dəstəkləsin. O zaman Siyasi Şuranın 25 üzvü vardı və hərə bir söz deyə bilərdi. Amma həmin qərar yekdilliklə qəbul edildi. Zəminə Dünyamalıyeva da qərarın lehinə səs vermişdi”. S. Cəlaloğlu hesab edir ki, bu gün ACP-nin hakimiyyəti dəstəkləməkdən başqa yolu yoxdur: “Bütün müxalifətə müharibə elan etməklə özlərinə başqa yol qoymayıblar. Onların hakimiyyəti dəstəkləməsi qaçılmazdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR