Bank Of Baku

BAXCP və “Xalq Cəbhəsi” qəzeti yerləşdiyi binadan çıxarılır

BAXCP və “Xalq Cəbhəsi” qəzeti yerləşdiyi binadan çıxarılır
# 10 iyun 2008 11:31 (UTC +04:00)
DƏİEDK-dən partiya rəhbərliyinə bildirilib ki, qərargahın yerləşdiyi bina Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindədir. Komitə DƏİEDK-ə məktubla müraciət edərək, binada təmir işləri aparılacağını, buna görə də partiya və qəzetlə icarə müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Dövlət Komitəsi də bunu əsas gətirərək, partiya və qəzetlə yeni müqavilə bağlamayıb və binanın tərk edilməsinin vacibliyini bildirib.
Partiyadan bildiriblər ki, yalnız rəsmi müraciətdən sonra partiyaya və qəzetə qərargahı tərk etmək üçün bir ay vaxt verilib. BAXCP-dən onu da qeyd ediblər ki, DƏİEDK hələ partiyaya yeni qərargah təklif etməyib.
Qeyd edək ki, partiyanın Dövlət Komitəsi ilə icarə müqaviləsinin müddəti bu il iyunun 19-da başa çatır. Partiya hazırda Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindəki Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm İstehsalat Birliyinin binasında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR