Bank Of Baku

Demokratik Seçki Mərkəzində təmsil olunan partiyaların liderləri qurumun fəaliyyətinin dayandırılmasına lüzum görmürlər

Demokratik Seçki Mərkəzində təmsil olunan partiyaların liderləri qurumun fəaliyyətinin dayandırılmasına lüzum görmürlər
# 10 iyun 2008 12:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Seçki Məcəlləsi ilə bağlı müzakirələr bitsə də, Demokratik Seçki Mərkəzinin fəaliyyətini dayandırmasına lüzum yoxdur. Hesab edirik ki, mərkəzdə təmsil olunan partiyalarla birgə fəaliyyət imkanları tükənməyib”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, qurum məşvərət xarakterli olduğundan partiyalar arasında yarana biləcək fikir ayrılığı parçalanmaya və ya DSM-in fəaliyyətinin dayandırılmasına gətirib çıxara bilməz. M. Mirəlioğlunun sözlərinə görə, DSM-də təmsil olunan bir neçə partiyanın prezidentliyə öz namizədini irəli sürməsi də təbii qəbul olunmalıdır: “Bu məsələdə bütün partiyalara sərbəstlik verilib və qurum təsis olunanda da belə razılaşdırılıb”.
Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mais Güləliyev deyib ki, DSM seçki ərəfəsində prezidentliyə namizədlərin birliyi kimi də fəaliyyət göstərə bilər. “DSM prezident seçkisi üçün yaradılmadığından fəaliyyətini davam etdirməlidir. Bu mənada qurum məqsədə çatılmayıb. Hələ ki doqquz partiyanın birgə müzakirələrə qatılmasına ehtiyac var”.
Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov hesab edir ki, DSM-in bundan sonrakı fəaliyyəti ilə bağlı müzakirəyə ehtiyac var.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə bildirib ki, partiyalar prezident seçkisi ərəfəsində Azərbaycana qarşı yönələcək təzyiqləri nəzərə alaraq əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir: “Bəzi qüvvələr Azərbaycanın adının “qara siyahı”ya salınması üçün iş aparır. Ona görə də siyasi partiyaların DSM-də əməkdaşlıq etməsinə ehtiyac var. Bunu DSM yaranandan bəyan etmişik. DSM-in qapıları müxalifət partiyaları üçün açıqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR