Bank Of Baku

Məzahir Pənahov: “Hesab etmirəm ki, seçki müddətinin azaldılması kiminsə populyarlığına mənfi təsir göstərəcək”

Məzahir Pənahov: “Hesab etmirəm ki, seçki müddətinin azaldılması kiminsə populyarlığına mənfi təsir göstərəcək”
# 10 iyun 2008 13:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, qanunla bağlı danışıqlar müddətində texniki xarakterli dəyişikliklərin edilməsi gözlənilirdi. Amma o sonrakı prosesdə marağa səbəb olan dəyişikliklərin də edildiyini qeyd edib: “Əslində seçki müddətinin azaldılması prezident tərəfindən parlamentə göndərilən layihədə göstərilməmişdi, bunu parlamentdə müəyyən partiyalar qaldırdı. Şəxsən bizim üçün müddətin azaldılmasının və ya 4 ay olmasının fərqi yoxdur. Avropa ölkələrinin 90 faizində seçkilər 2 ay ərəfəsində keçirilir. Hesab etmirəm ki, müddətin azaldılması kiminsə populyarlığını azaldacaq, seçkilərin təşkili baxımından hansısa problem yaradacaq. Tam məsuliyyəti ilə deyirəm ki, seçkilərin təşkili baxımından heç bir problem yoxdur. Siyasi platformanın ictimaiyyətə çatdırılması, namizədlərin təbliğatı baxımından da problem yaranacağını demək olmaz. Çünki bunu demək bütün dünyada keçirilən seçkilərə kölgə salmaq olar və belə çıxar ki, həmin seçkilər antidemokratik şəraitdə aparılır”. Depozitin ləğv olunmasına gəldikdə, M. Pənahov bildirib ki, belə bir qayda yalnız Azərbaycanda mövcud olub: “Mənim maraqlandığım ölkələrdə belə bir şey yoxdur. Dünya dağılsa da, mən depozit qoyub prezident seçkisində iştirak etmərəm. Əgər hansısa bir insan kifayət qədər populyar olduğunu və prezident olmaq üçün özünü yetişmiş hesab edirsə, onun üçün 40 min imza toplamaq problem olmamalıdır. Bu məsələ kiminsə hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz”. Venesiya Komissiyasının eksperti Sergey Kuznetsovun Seçki Məcəlləsinə əlavə və dəyişikliklər məsələsinə yenidən baxılacağı ilə bağlı fikirlərinə gəldikdə M. Pənahov ekspertin belə fikir işlətmədiyini bildirib: “MSK-nın beynəlxalq əlaqələr şöbəsini müdiri Sergey Kuznetsovla əlaqə saxladı. O bildirdi ki, bu məsələdən xəbəri yoxdur, ona heç kim zəng etməyib və o, belə bir münasibət bildirməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR