Bank Of Baku

Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb

Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb
# 10 iyun 2008 14:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Səbayel rayon Məhkəməsində Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə məhkəmə baxışı başlayıb. Partiyanın Seçki Departamentini rəhbəri Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, hakim Famil Nəsibovun sədrliyi ilə keçirilən iclasda Müsavat təmsilçiləri çıxış edərək şəhər rəhbərliyinin partiyanın mayın 4-nə “Ukrayna” meydanı, keçmiş “Qələbə” kinoteatrının qarşısı və “Təbriz” kinoteatrının qarşısına təyin etdiyi mitinqin həmin yerlərdə keçirilməsinə icazə verməməsinin qeyri-qanuni olduğunu bildiriblər. BŞİH-nin təmsilçisi isə iş materialları ilə tanış olmaq üçün hakimdən vaxt istəyib. Növbəti məhkəmə iclası iyunun 24-nə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR