Bank Of Baku

DSK sədrləri üçün seminar-müşavirə keçiriləcək

DSK sədrləri üçün seminar-müşavirə keçiriləcək
# 10 iyun 2008 14:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün iyunun 12-də seminar-müşavirənin keçirilməsi qərara alınıb. MSK sədrinin müavini Svetlana Qasımova bildirib ki, bu tədbir ölkə prezidentinin “İnsan hüquqları üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq təşkil ediləcək. O, sözügedən sərəncamın yerinə yetirilməsi istiqamətində bu vaxta qədər MSK-nın bütün seçki komissiyalarının üzvləri üçün kurslar təşkil etdiyini xatırladıb. İclasda, həmçinin bəzi seçki dairələrinin dislokasiyalarında dəyişikliklər edilib, bəzi DSK-ların tərkibində isə dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR