Bank Of Baku

Məzahir Pənahov: “Bu seçkilərdə də erməni əsilli Azərbaycan vətəndaşlarını iştirakı şübhə altındadır”

Məzahir Pənahov: “Bu seçkilərdə də erməni əsilli Azərbaycan vətəndaşlarını iştirakı şübhə altındadır”
# 10 iyun 2008 15:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) müvafiq təlimatlar üzərində işləyir və təqvim planı hazırlayır. APA-nın məlumatına görə, bu barədə qurumun sədri Məzahir Pənahov məlumat verib. O, bildirib ki, yeni Seçki Məcəlləsinə uyğun təqvim planının hazırlanması artıq yekunlaşmaq üzrədir. M. Pənahov bildirib ki, qanuna görə, seçki gününə ən azı 75 gün qaldıqda seçkilər elan edilməlidir. Buna görə də o, seçkilərə təxminən 77 gün qalmış MSK-nın iclasının keçiriləcəyini və seçkilərin elan olunacağını qeyd edib. M. Pənahov əvvəlki seçkilərdə olduğu kimi bu il keçiriləcək seçkilərdə də erməni əsilli Azərbaycan vətəndaşlarının iştirak etməsinin böyük şübhə altında olduğunu qeyd edib: “MSK bu istiqamətdə mümkün olan, əlindən gələn bütün işləri görür. Amma bunu baş tutması üçün Ermənistan iqtidarı şərait yaratmalıdır. Biz beynəlxalq qurumlara bu barədə müraciətlər etmişik, amma hələ real bir nəticə yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR