Bank Of Baku

Polşanın birinci xanımı Mariya Kaçinskaya Bakı Slavyan Universitetinin müəllim və tələbələri ilə görüşüb

Polşanın birinci xanımı Mariya Kaçinskaya Bakı Slavyan Universitetinin müəllim və tələbələri ilə görüşüb
# 10 iyun 2008 15:34 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycanda səfərdə olan Polşanın birinci xanımı Mariya Kaçinskaya bu gün Bakı Slavyan Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb. APA-nın məlumatına görə, M. Kaçinskaya universitetin kitabxanasında və Polşa Mərkəzində olub, polyak dilində təhsil alan tələbələrlə görüşüb. Tələbələrin ifasında polyak dilində Azərbaycan və Polşa haqqında məlumatlar, iki ölkənin ədəbiyyatından və sənətindən nümunələr təqdim edilib. BSU-nun rektoru Kamal Abdullayev çıxışında universitetdə polyak dilində iki ixtisas üzrə 62 tələbənin təhsil aldığını, iki ölkənin universitetləri arasında əməkdaşlıq və tələbə mübadiləsinin aparıldığını bildirib. Mehriban qarşılanma mərasimi üçün təşəkkürünü bildirən M. Kaçinskaya tələbələrin suallarını cavablandırıb. O, ixtisasca iqtisadçı olsa da, hal-hazırda çalışmadığını bildirib. Əsasən xeyriyyəçiliklə məşğul olduğunu deyən Mariya Kaçinskaya müxtəlif beynəlxalq konfranslarda iştirak etdiyini vurğulayıb. Hər bir polyakın həm karyerasına, həm də ailəsinə diqqətlə yanaşmalı olduğunu vurğulayan qonaq Bakı Slavyan Universitetində polyak dilinin inkişafı naminə görülən işləri yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR