Bank Of Baku

Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dağıstan prezidenti ilə görüşüb

Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dağıstan prezidenti ilə görüşüb
# 11 iyun 2008 08:01 (UTC +04:00)
Mahaçqala APA. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstanın tanınmış ictimai-siyasi xadimi M. C. Umaxanovun 90 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Mahaçqalaya gedib. APA-nın məlumatına görə, nümayəndə heyəti Dağıstan prezidenti Muxu Əliyevlə görüşüb. M. Əliyev qonaqlara təşəkkür edərək, yubiley tədbirlərində Azərbaycan hökumətinin təmsilçilərinin iştirakını iki tərəf və xalq arasında dostluq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirib. O, Dağıstan və Azərbaycan rəhbərliyinin görüşlərinin müntəzəm hal aldığını və yaxın vaxtlarda iqtisadi, mədəni əlaqələrin daha da dərinləşdirilməsi üçün müqavilə imzalanacağını bildirib. Y. Eyyubov isə Azərbaycan prezidentinin salamını çatdıraraq, onun tapşırığı ilə yubiley tədbirlərinə gəldiklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR