Bank Of Baku

ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq

ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq
# 11 iyun 2008 09:00 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində dövlət katibinin müavini Daniel Frid Cənubi Qafqazda cərəyan edən hadisələr, gürcü-abxaz qarşıdurması, Dağlıq Qarabağ münaqişəsində son irəliləyişlər və sair məsələlər ətrafında komitə üzvlərinin suallarını cavablandıracaq. Bir gün sonra isə Senatın xarici əlaqələr komitəsində Marie Yovanoviçin Ermənistana səfir təyin olunması məsələsi müzakirə olunacaq. ABŞ Erməni Milli Komitəsi bu dinləmələrdə Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən “blokadaya” alınması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələlərinin diqqətdə olacağını bəyan edib. Xatırladaq ki, bundan əvvəl keçirilən dinləmədə səfir postuna namizəd Riçard Xoqland qondarma “erməni soyqırımı”nı tanımadığı açıq şəkildə bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR