Bank Of Baku

Sabah Səbayel rayonundakı Heydər parkının və “Şəhidlər” abidə kompleksinin açılış mərasimi keçiriləcək

Sabah Səbayel rayonundakı Heydər parkının və “Şəhidlər” abidə kompleksinin açılış mərasimi keçiriləcək
# 11 iyun 2008 09:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Badamdar qəsəbəsində yerləşən Heydər Parkının təmiri başa çatdırılıb. Səbayel rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İsrafil Kərimovun APA-ya verdiyi məlumata görə, bu ilin əvvəlindən başlayan əsaslı təmir və yenidənqurma işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, park tamamilə yenidən qurulub, ərazisində fəvvarə tikilib. Bundan əlavə, qəsəbə sakinləri tərəfindən ucaldılmış “Şəhidlər” abidə kompleksi də şəhər rəhbərliyi tərəfindən təmir edilib. Sabah həm parkın, həm də abidə kompleksinin açılış mərasimi keçiriləcək, parkda konsert proqramı təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR