Bank Of Baku

Sərdar Cəlaloğlu: “Prezident seçkilərinə qatılacaq digər müxalifət partiyalarının bizim yaradacağımız bloka daxil olması mümkün deyil”

Sərdar Cəlaloğlu: “Prezident seçkilərinə qatılacaq digər müxalifət partiyalarının bizim yaradacağımız bloka daxil olması mümkün deyil”
# 11 iyun 2008 09:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Bu il keçiriləcək prezident seçkilərinə qatılacağını elan etmiş digər müxalifət partiyalarının bizim yaradacağımız namizədlər blokuna daxil olması mümkün deyil”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, hazırda Demokrat, Müsavat, Milli İstiqlal, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum “beşlər” formatı çərçivəsində fəaliyyət göstərir və bu formatı namizədlər blokuna çevirmək niyyətindədirlər. Digər namizədlərin bura daxil olmasının qeyri-mümkünlüyünə gəldikdə, S. Cəlaloğlu bunun konkret səbəblərinin olduğunu bildirib: “Azərbaycanda konstruktiv, loyal və radikal müxalifət var. Təbii ki, radikal müxalifət seçkini boykot edir, onlarla bir yerdə olmağımız mümkün deyil. “Beşlər”də olanlar loyal müxalifətlə birliyə də tərəfdar deyillər. Həmin loyallar iqtidarın işində, idarəetmədə iştirak etmir, amma iqtidarın apardığı siyasətə də tolerant yanaşırlar. Bu düşərgədə təmsil olunanların bir çoxu namizəd irəli sürüb. Biz isə həmişə konstruktiv təkliflərlə çıxış edən təşkilatlar olaraq bir yerdəyik”. S. Cəlaloğlu bildirib ki, loyal müxalifətlə bir yerdə olmaqla bağlı bir neçə dəfə məsələ qaldırıb: “Beşlər”ə daxil olan partiyalar bu məsələdə ehtiyatlı mövqe tutur. Seçkilər zamanı mümkün qədər sərhədi genişləndirmək, çərçivəni böyütmək lazımdır ki, daha çox qüvvə bir yerdə olsun. Amma bizim də acı təcrübəmiz var ki, adətən seçkilərdə yaradılan birliklər məhz loyal müxalifətdən böyük zərbələr alıb. Onlar hökumətlə sazişə giriblər, digər müxalifət partiyaları ilə bağlanmış müqavilələrə əməl etməyiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR