Bank Of Baku

ATƏT-in Bakı ofisi sabah Cəlilabadda regional iqtisadi inkişafa həsr olunmuş seminar keçirəcək

ATƏT-in Bakı ofisi sabah Cəlilabadda regional iqtisadi inkişafa həsr olunmuş seminar keçirəcək
# 11 iyun 2008 09:32 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. ATƏT-in Bakı ofisi sabah Cəlilabadda regional iqtisadi inkişafa həsr olunmuş seminar keçirəcək. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT-in Azərbaycanda regional iqtisadi inkişaf sahəsində apardığı fəaliyyətin tərkib hissəsi olan və ABŞ-ın da maliyyə dəstəyi göstərdiyi seminarda Lənkəran İqtisadi zonasında kənd təsərrüfatı sahəsində mövcud olan problemlər araşdırılacaq, görüləcək tədbirlər müzakirə olunacaq. Yerli hakimiyyət dairələri, maliyyə və kənd təsərrüfatı institutları nümayəndələrinin qatılacağı sessiya zamanı Lənkəran iqtisadi zonasının fermerləri kənd təsərrüfatı məhsulları istehsalı sahəsində yeniliklərlə və kənd təsərrüfatı müəssisələrində marketinq imkanları ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR