Bank Of Baku

Azərbaycan paytaxtında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans davam edir

Azərbaycan paytaxtında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans davam edir
# 11 iyun 2008 09:42 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mərakeşin mədəniyyət naziri xanım Turiyyə Cəbran konfransın Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. İslamda qadının hüquqlarını diqqətə çatdıran nazir qadınların problemlərindən də danışıb. Macarıstan Təhsil və Mədəniyyət Nazirliyinin dövlət katibi Katalin Bodyai mədəniyyətlərarası dialoqda qadınların rolunun artırılmasının vacibliyini vurğulayıb. O, tədbirdə müzakirə olunan məsələlərin həllini tapacağına ümid etdiyini bildirib. Tədbirdə müzakirələr davam etdirilir. Konfransın sonunda Bakı Bəyannaməsi qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfrans iyunun 10-da başlayıb. Tədbirdə dünyanın bir çox ölkəsinin birinci xanımı, yüksək vəzifədə işləyən qadınlar, o cümlədən, Polşa prezidentinin xanımı Mariya Kaçinska, Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan, Anqolanın birinci xanımı Anna Paula Duş Santuş, Rusiya Federasiyası Şurasının sədr müavini Svetlana Orlova və digərləri iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR