Bank Of Baku

Arif Hacılı: “AXCP ilə münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rolu olmuş Rauf Arifoğlunun birlik təklifi məni təəccübləndirdi”

Arif Hacılı: “AXCP ilə münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rolu olmuş Rauf Arifoğlunun birlik təklifi məni təəccübləndirdi”
# 11 iyun 2008 10:11 (UTC +04:00)
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun bu üç partiyanın birliyi ilə bağlı təklifinə münasibət bildirən A. Hacılının sözlərinə görə, bunun üçün Müsavat Partiyası tərəfindən heç bir problem yoxdur: “Amma Rauf Arifoğlunun bu təklifi şəxsən məni təəccübləndirdi. Çünki bu təklifi məhz AXCP ilə bizim münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rol oynayan şəxslərdən biri səsləndirdi”. A. Hacılı Azərbaycanda real strukturlara malik olan siyasi partiyaların birgə fəaliyyət göstərməsini arzu etdiyini qeyd edib. İlk növbədə AXCP-ni belə partiyalardan biri hesab edən Müsavat funksioneri bildirib ki, bu, cəmiyyətə yalnız xeyir verə bilər.
AXCP sədrinin müavini Həsən Kərimov da belə birliyi mümkün variant hesab etdiyini qeyd edib: “Çünki vaxtilə KXCP AXCP-dən ayrılıb, Müsavat Partiyasının aparıcı simalarının hamısı AXCP-də olublar. Sonradan müəyyən səbəblər üzündən ayrılmalar baş verib, bu gün də fəaliyyətimizdə və hakimiyyətə münasibətdə fikir ayrılıqları var. Ona görə də üç partiyanın birliyi qeyri-mümkündür”. H. Kərimovun sözlərinə görə, ümumilikdə müxalifətin birliyi yaradılarsa, bu zaman müəyyən uğurlara nail olmaq mümkündür. Sədr müavini R, Arifoğlunun təklifinin arxasında müəyyən məqsədlərin olduğunu da qeyd edib: “Mən həmin məqsədləri açıqlamaq istəmirəm, amma burada yaxşılığa doğru heç nə görmürəm”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə təklifə münasibət bildirmək istəməyib. Partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli bu təklifi ilk irəli sürən insanlardan olduğunu qeyd edib. Onun sözlərinə görə, strukturlaşmış, xalq hərəkatından çıxmış təşkilatların bugünkü ağır situasiyada birləşməsinə ehtiyac var. O, bir araya gəlmək üçün hər hansı əngəlin olmadığını qeyd edib: “Ayırıcı faktorlar o qədər cüzidir ki, böyük siyasətlə məşğul olan ciddi insanlar bunu nəzərə almamalıdırlar. Ən azı strukturları, siyasi təcrübəsi olan təşkilatların bir araya gəlməsi qələbə formuludur. Onların ayrı olması isə müxalifət düşərgəsini dağıdan faktordur. Biz bu oyunu pozmalıyıq. Burada da müdriklik İsa Qəmbər, Əli Kərimli və Mirmahmud Mirəlioğludan asılıdır. Bu məsələdə daha çox liderlərin şəxsi mövqeləri önəm daşıyır, onların gəldiyi qənaət partiyanın qəbul edəcəyi qərara çevrilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR