Bank Of Baku

“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Bakı Bəyannaməsi qəbul edilib

“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda Bakı Bəyannaməsi qəbul edilib
# 11 iyun 2008 13:42 (UTC +04:00)
Bəyannamədə dünya ictimaiyyəti dialoqa, dözümlülüyə, sülh və əmin-amanlıq şəraitində yaşamağa çağırılıb: “Mədəniyyətlərarası dialoqda qadınların daha fəal iştirakı təmin olunmalıdır. Qadınların bütün sahələrdə, o cümlədən münaqişələrin həllində, sülh prosesində, qərarların qəbul olunmasında aktiv iştirakı vacibdir”. Sənəddə 2010-cu ildə tədbir çərçivəsində Bakı Forumunun keçiriləcəyi göstərilib. Bundan başqa, konfransda iştirak edən ölkələrin birinci xanımlarının bəyanatı da qəbul olunub.
Qeyd edək ki, Azərbaycan prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfrans iyunun 10-da başlayıb. Tədbirdə dünyanın bir çox ölkəsinin birinci xanımı, yüksək vəzifədə işləyən qadınlar, o cümlədən, Polşa prezidentinin xanımı Mariya Kaçinska, Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan, Anqolanın birinci xanımı Anna Paula Duş Santuş, Rusiya Federasiyası Şurasının sədr müavini Svetlana Orlova və digərləri iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR