Bank Of Baku

Avropa Yaşıllar Partiyasının həmsədri və Avropa Parlamentinin keçmiş deputatı Azərbaycanın siyasi partiya və QHT rəhbərləri ilə görüşüblər

Avropa Yaşıllar Partiyasının həmsədri və Avropa Parlamentinin keçmiş deputatı Azərbaycanın siyasi partiya və QHT rəhbərləri ilə görüşüblər
# 11 iyun 2008 14:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda səfərdə olan Avropa Yaşıllar Partiyasının həmsədri Ulrike Lunasek və Avropa Parlamentinin İsveçrədən olan keçmiş deputatı, Avropa Yaşıllar Alyansının sədri Per Qarton siyasi partiya, QHT və ictimai hərəkat rəhbərləri ilə görüşüblər. Azərbaycan Yaşıllar Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Demokratik Seçki Mərkəzində təmsil olunan 9 partiyanın (Azadlıq Partiyası, AMDP, ACP, Təkamül Partiyası, AYP, BAP, BQP, BAXCP və KXCP), həmçinin Demokratik Azərbaycan Dünyası Partiyasının, Azad və Ədalətli Seçkilər Uğrunda Koalisiyanın, bəzi ekoloji ictimai birliklərin rəhbərləri ilə görüşlərdə ölkədəki ictimai-siyasi və ekoloji durum, demokratiya və insan hüquqları ilə bağlı vəziyyət, seçki mühiti, Dağlıq Qarabağ problemi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR