Bank Of Baku

Asim Mollazadə ABŞ-ın Beverli Hills şəhərinin meri ilə görüşüb

Asim Mollazadə ABŞ-ın Beverli Hills şəhərinin meri ilə görüşüb
# 11 iyun 2008 14:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Beverli Hills şəhərinin meri Cimmi Delşadla görüşüb. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, Kaliforniya ştatı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub. A. Mollazadə qonağa Azərbaycan və DİP haqqında məlumat verib. C. Delşad isə Azərbaycanda inkişafın şahidi olduğunu söyləyib və ölkənin islam dünyası üçün dünyəvi model kimi qəbul olunmasının vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR