Bank Of Baku

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək üçün müraciət edib

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək üçün müraciət edib
# 11 iyun 2008 14:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası iyunun 17-də piket keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, piketin BŞİH-nin binası qarşısında keçirilməsi nəzərdə tutulub. Aksiyada partiyanın mayın 4-nə və 18-nə təyin etdiyi aksiyaların partiya tərəfindən müəyyən olunmuş yerlərdə deyil, Bibiheybət qəsəbəsində keçirilməsinə razılıq verməsi pislənəcək. G. Aslanlı bildirib ki, aksiyada partiyanın 50-dək üzvünün iştirakı nəzərdə tutulub. Şəhər rəhbərliyinin piketə icazə verməyəcəyi halda hansı addımın atılacağına gəldikdə, partiya funksioneri bu barədə əvvəlcədən hər hansı fikir bildirmək istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR