Bank Of Baku

“Azadlıq” blokunun üzvü: “Prezident seçkilərində iştirak edəcək şəxslər bloka daxil olan partiyalardan çıxarıla bilər”

“Azadlıq” blokunun üzvü: “Prezident seçkilərində iştirak edəcək şəxslər bloka daxil olan partiyalardan çıxarıla bilər”
# 11 iyun 2008 15:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” blokunda prezident seçkilərində iştirakı tərəfdarı olan şəxslər də var, amma onların sayı çox azdır”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, yerli təşkilatlarda bu təkliflə çıxış edənlər olsa da, rəhbərlik yekdilliklə boykotun tərəfdarıdır. Blokun seçkiləri boykot qərarını dəyişəcəyi ilə bağlı səslənən ehtimalların əsassız olduğunu deyən Ə. Əliyev bundan sonrakı mərhələdə seçkilərdə iştirak qərarı verməyə səbəb olacaq dəyişikliklərin baş verəcəyinə inanmadığını qeyd edib: “Biz şəraitin dəyişməsi üçün kifayət qədər gözlədik. Amma minimum imkanlar belə yaradılmadı. Ona görə də bizim boykot qərarımız bir qədər gec qəbul edildi”. Blokun boykot qərarına əməl etməyib səsvermədə iştirak edəcək üzvlərə gəldikdə, Ə. Əliyev bildirib ki, bütün üzvləri nəzarətdə saxlamaq mexanizmi yoxdur: “Amma üzvlər bu qərarın icrasına çalışmalıdır. İnanmıram ki, qərarın əleyhinə çıxacaq şəxslər səsverməyə getsin”. Ə. Əliyev boykot qərarının əleyhinə gedəcək şəxslərin partiyalardan çıxarılacağını istisna etməyib.
Partiya sədri, həmçinin iyulun ilk günlərində blokun Məclisinin növbəti iclasının keçiriləcəyini və blokun yeni mərhələdə həyata keçirəcək tədbirlərin müəyyən olunacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR