Bank Of Baku

İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Təbriz sakininin cəsədi tapılıb

İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Təbriz sakininin cəsədi tapılıb
# 12 iyun 2008 07:31 (UTC +04:00)
Güney Azərbaycan İstiqlal Partiyasının araşdırma və informasiya mərkəzinin rəhbəri Sadiq İsabəyli APA-ya bildirib ki, F. Möhsininin cəsədi şəhərin “Elglü” bağında aşkar olunub. Onun sözlərinə görə, F. Möhsini İranın azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ildə baş verən qanlı may hadisələrinin ikinci ildönümü ərəfəsində bu ölkənin xüsusi xidmət orqanı (ETTELAAT) tərəfindən tutulub. Mərhumun cəsədi tapılana qədər onun yerini müəyyənləşdirmək mümkün olmayıb. Ailəsinin əldə etdiyi məlumata görə, F. Möhsini həbsxanada məruz qaldığı işgəncələr nəticəsində həyatını itirib.
Qeyd edək ki, F. Möhsini 2006-cı il mayın 22-də keçirilən kütləvi aksiyalar zamanı güllə yarası almışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR