Bank Of Baku

Beynəlxalq Əmək Təşkilatı dünyada uşaq əməyindən istifadəyə dair növbəti hesabatı açıqlayıb

Beynəlxalq Əmək Təşkilatı dünyada uşaq əməyindən istifadəyə dair növbəti hesabatı açıqlayıb
# 12 iyun 2008 07:34 (UTC +04:00)
Təşkilatın baş direktoru Xuan Somoviya bildirib ki, hazırda qarşıda duran əsas hədəf uşaqlara keyfiyyətli təhsil vermək, böyüklər üçün layiqli əmək şəraiti yaratmaqdır. BƏT uşaq əməyindən istifadəyə dair 34 ölkədə apardığı tədqiqatların nəticələrini açıqlayıb. Hesabata əsasən, 2006-cı ildə 75 milyon uşaq məktəbə getməyib. 1999-cu ildə bu rəqəm 103 milyon nəfər təşkil edib. Hesabat müəllifləri bəzi Afrika ölkələrində yalnız hər beş uşaqdan birinin məktəbə getdiyini bildirirlər. Uşaq əməyindən istifadə hallarının azaldılmasında təhsilini önəmli rol oynadığı bildirilən hesabatda qeyd olunur ki, bunun üçün dünya ölkələri məktəblərdə təhsil sistemini təkmilləşdirməli, uşaq əməyindən istifadə hallarına qarşı mübarizə aparmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR