Bank Of Baku

Məzahir Pənahov: “Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur”

Məzahir Pənahov: “Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur”
# 12 iyun 2008 09:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyası (MSK) bu gün dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirib. APA-nın məlumatına görə, tədbirdə 125 seçki dairəsinin DSK sədrləri iştirak edib. “Növbəti prezident seçkiləri ilə əlaqədar seçki komissiyalarının vəzifələri” mövzusunda çıxış edən MSK sədri Məzahir Pənahov əvvəlki illərlə müqayisədə seçki komissiyalarının iş şəraiti və texniki təchizatının yüksək səviyyədə təşkil olunduğunu bildirib: “İndi sizin işinizə mane olan amil yoxdur, bütün şərait yaradılıb və məsuliyyətiniz daha fərqlidir. Seçkilərin istədiyimiz səviyyədə keçirilməsi üçün işimizi qanunauyğun qurmalıyıq. Ölkə başçısının da mövqeyi budur ki, seçkilər normal keçirilsin”. M. Pənahov deyib ki, MSK rəhbərliyi DSK-ların hər xırda probleminə, hətta seçici siyahılarındakı orfoqrafik səhvlərə də ciddi fikir verəcək. O, seçki kampaniyası dövründə bütün tərəflərə bərabər təbliğat şəraitinin yaradılmasını vacib sayıb: “Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur. Bu gün də Azərbaycanda ölkə prezidentinin reytinqi yüksəkdir. Biz bunu gizlətməməliyik. Amma vəzifəmiz odur ki, proseslər qanunauyğun getsin. Kim qanunu pozursa, o, demokratik prosesin gedişinə qarşıdır”.
Sonra MSK katibi Natiq Məmmədov katibliyin DSK-larda apardığı monitorinqin yekunları barədə seminar-müşavirə iştirakçılarına məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR