Bank Of Baku

MSK-nın şöbə müdiri Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən narazı olması barədə fikirləri təkzib edib

MSK-nın şöbə müdiri Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən narazı olması barədə fikirləri təkzib edib
# 12 iyun 2008 09:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Venesiya Komissiyasının Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən narazı olması barədə fikirlər həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyib. O, belə məlumatlar yayıldıqdan sonra VK-nin eksperti Sergey Kuznetsovla əlaqə saxladığını bildirib: “Bir çox hallarda beynəlxalq təşkilatların mövqeyi Azərbaycan mediasında təhrif olunmuş şəkildə təqdim edilir. Demək olar ki, bütün beynəlxalq təşkilatların nümayəndələri bundan narazıdır”. R. Qasımovun sözlərinə görə, S. Kuznetsovun Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə təəssüflənməsi barədə yayılan xəbərlər doğru deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR