Bank Of Baku

Məzahir Pənahov: “Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməməsi hər hansı problem yarada bilməz”

Məzahir Pənahov: “Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməməsi hər hansı problem yarada bilməz”
# 12 iyun 2008 10:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Hazırda dairə seçki komissiyalarının tərkibi tam formalaşdırılmayıb. Amma Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib və hesab edirəm ki, qalan müddətdə DSK-ların tam formalaşması ilə məşğul olmalıyıq”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, DSK-ların formalaşması təkcə MSK-dan asılı olan məsələ deyil, komissiya üzvləri ilə bağlı təqdimat irəli sürülməlidir. MSK-da iki yerin boş qalmasına toxunan M. Pənahov bu məsələnin Milli Məclisin səlahiyyətində olduğunu söyləyib. Müsavat Partiyasının quruma nümayəndə göndərməyəcəyi halda bunun problem yaradıb-yaratmayacağına dair sualı cavablandıran MSK sədri hesab edir ki, hər hansı problemdən söhbət gedə bilməz: “Milli Məclisdəki azlıq namizəd irəli sürəcəksə, parlament bunu müzakirə edəcək. Seçki komissiyalarını formalaşdırmaq heç bir partiyanın monopoliyasında, təsiri altında deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR