Bank Of Baku

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli: ”Dövlət komitəsi bizə alternativ yer təklif etməlidir”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli: ”Dövlət komitəsi bizə alternativ yer təklif etməlidir”
# 12 iyun 2008 11:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını və “Xalq Cəbhəsi” qəzetini yerləşdikləri binadan çıxarmazdan öncə alternativ yer təklif etməlidir”. Bunu APA-ya açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli deyib. O, qərargahla təmin olunmaq üçün beş gün öncə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (DƏİEDK) rəsmi şəkildə müraciət etdiklərini bildirib: “Dövlət Komitəsi bildirir ki, qərargahın yerləşdiyi bina Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində olduğundan icarə müqaviləsinin müddəti onların razılığı əsasında uzadıla bilər. Bizim həmin dövlət idarəsi ilə heç bir problemimiz yoxdur, əmlak komitəsi isə partiyanı və qəzeti bina ilə təmin etməlidir. Ən azı bizim binadan çıxarılmağımız haqda müraciətdən öncə yer təklif edilməlidir”. E. Mirzəbəylinin sözlərinə görə, qəzet və partiya bina ilə təmin olunmasa, gündəlik çap olunan “Xalq Cəbhəsi” qəzeti nəşrini dayandırmaq təhlükəsi ilə üzləşə bilər.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə deyib ki, partiyaya və qəzetə alternativ yer təklif etmək onların səlahiyyət çərçivəsinə daxil deyil: “Bina Meliorasiya və Su Təsərrüfatı Komitəsinə məxsus olduğundan müqavilənin uzadılması da bu qurumun razılığı ilə olmalıdır. Alternativ yerlə təmin olunmaq məsələsinə gəlincə, komitənin əsasnaməsindəki müvafiq bənddə göstərilib ki, qurum yalnız dövlət təşkilatlarının yerləşdirilməsi ilə məşğul olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR