Bank Of Baku

Səməd Seyidov: “AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı qəbul ediləcək qətnaməyə əlavə və dəyişikliklərimiz var”

Səməd Seyidov: “AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı qəbul ediləcək qətnaməyə əlavə və dəyişikliklərimiz var”
# 12 iyun 2008 12:26 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, qətnamənin müzakirəsi sessiyanın ikinci günü - iyunun 24-də aparılacaq, sessiyanın ilk günü - iyunun 23-də isə qətnamə layihəsinin son variantı qurumun Monitorinq Komitəsində (MK) müzakirə olunacaq. “Bizim bu sənədə bəzi əlavələrimiz və dəyişikliklərimiz var” deyən deputat qətnamənin müzakirəsi zamanı nümayəndə heyətinin sənədə münasibət bildirəcəyini söyləyib.
Qeyd edək ki, MK-nın mayın 26-da Kiyevdə keçirilmiş iclasında “Azərbaycanda demokratik institutların vəziyyəti” adlı qətnamə layihəsi qəbul olunub. Layihədə bildirilir ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət seçkilər öncəsi pisləşib. Sənəddə həbsdə olan jurnalistlər və siyasi məhbus hesab olunan digər şəxslərin azadlığa buraxılması tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR