Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyənin infrastruktur və şəhərsalma naziri Faruk Nafiz Özakla görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyənin infrastruktur və şəhərsalma naziri Faruk Nafiz Özakla görüşüb
# 12 iyun 2008 13:08 (UTC +04:00)
APA-nın məlumatına görə, nazirlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparıblar. K. Heydərov öncə Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyəti barədə məlumat verib. Son illər Azərbaycanın tikinti sektorunda böyük inkişaf müşahidə olunduğunu diqqətə çatdıran nazir paytaxtda və digər şəhərlərdə çoxmərtəbəli binaların inşa edildiyini bildirib. K. Heydərov rəhbərlik etdiyi nazirliyin Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq etdiyini də vurğulayıb: “Biz Türkiyənin bir sıra qurumları ilə təbii fəlakətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq edirik. Türkiyənin fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində böyük təcrübəsi var. Biz Türkiyədən bir sıra cihazlar almışıq və yeni avadanlıqların alınması üçün danışıqlar aparılır”.
F. N. Özak isə bildirib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycana dəstək verir və bu köməkliklər davam etdiriləcək. Qonaq tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu da vurğulayıb.
Qeyd edək ki, F. N .Özakın Azərbaycana səfəri bu gün başlayıb və sabah başa çatacaq. Türkiyəli nazir səfər çərçivəsində FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, həmçinin Mülki Müdafiə Qoşunlarının alayının fəaliyyəti ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR