Bank Of Baku

Səbayel Rayon İcra Hakimiyyətində Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Səbayel Rayon İcra Hakimiyyətində Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib
# 12 iyun 2008 13:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Səbayel Rayon İcra Hakimiyyəti (RİH) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş birgə konfransı keçirilib. APA-nın məlumatına görə, konfransda ADPU-nun rektoru Yusif Məmmədov çıxış edərək 15 iyunun Azərbaycanın tarixində əhəmiyyətli gün olduğunu deyib, Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırıldığını bildirib. Natiq 1993-cü ildə ölkədə anarxiyanın hökm sürdüyünü, küçələrin silahlı adamlarla dolu olduğunu qeyd edib: “Azərbaycan yeni qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Həmin dövrün hakimiyyəti isə ölkədə yaranmış hərbi-siyasi böhranı aradan qaldırmağa qadir deyildi”. Səbayel RİH başçısı Sahib Ələkbərov “Milli müstəqilliyimizin qurtuluşu” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR