Bank Of Baku

Avropa Yaşıllar Partiyasının həmsədri YAP icra katibinin müavini Mübariz Qurbanlı ilə görüşüb

Avropa Yaşıllar Partiyasının həmsədri YAP icra katibinin müavini Mübariz Qurbanlı ilə görüşüb
# 12 iyun 2008 13:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Azərbaycanda səfərdə olan Avropa Yaşıllar Partiyasının həmsədri, Avstriya parlamentinin insan haqları və siyasət komissiyasının sədr müavini Ulrike Lunasek Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı ilə görüşüb. Azərbaycan Yaşıllar Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya və insan hüquqları ilə bağlı durum, seçki mühiti, Dağlıq Qarabağ problemi, Azərbaycandakı ekoloji vəziyyət, ölkədə yaşıllar hərəkatının inkişaf perspektivləri və iqtidar-müxalifət münasibətləri haqda müzakirə aparılıb. Görüşdə əməkdaşlığın genişləndirilməsi üçün mümkün imkanlar da nəzərdən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR