Bank Of Baku

YAP Nəsimi rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib

YAP Nəsimi rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib
# 13 iyun 2008 08:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının yeni tikilmiş qərargahının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, yeni üçmərtəbəli bina Nəsimi rayon Polis İdarəsinin yaxınlığında, Mirəli Qaşqay küçəsində tikilib. Açılış mərasimində rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova çıxış edərək seçkilər ilində yeni binanın istifadəyə verilməsinin partiya üzvlərinin fəallığına müsbət təsir edəcəyini deyib. Onun sözlərinə görə, yerli təşkilatın 20 min üzvü var və yeni qərargah onlara edilən hədiyyədir. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov partiya üzvlərinin toplaşması, müzakirələrin aparılması üçün yerli qərargahların olmasını vacib sayıb. Onun sözlərinə görə, bu partiya üzvlərinin fəallığını daha da artıracaq. Çıxışlardan sonra binanın qırmızı lenti kəsilib, Heydər Əliyevin qərargahın girişindəki büstünün önünə əklil qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR