Bank Of Baku

Azərbaycanda Ali və Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunub

Azərbaycanda Ali və Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunub
# 13 iyun 2008 10:36 (UTC +04:00)
APA-nın məlumatına görə, parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, Rəşadət Ağayev, İlham Cəfərov, Ələsgər Əliyev, Akif İsgəndərov, Tatyana Qoldman və Əli Seyfəliyevin Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunmaları təklif edilib. Adıçəkilən hakimlərdən İ. Cəfərov Naxçıvan MR Ali Məhkəməsinin sədr müavini, digərləri isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olublar. Ə. Hüseynov daha 24 hakimin Bakı, Sumqayıt, Gəncə və Şirvan Apellyasiya məhkəmələrinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı təkliflərin irəli sürüldüyünü bildirib. Müzakirələr zamanı çıxış edən millət vəkilləri Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Pənah Hüseyn və digərləri hakimlərin işlərə obyektiv baxmalarının, ədalətli qərar çıxarmalarının vacib olduğunu deyiblər. Deputatlar hakimlərin işinin Azərbaycanın beynəlxalq aləmdə imicinə təsir göstərdiyini vurğulayıblar. Müzakirələrdən sonra təklif olunan hakimlər Ali Məhkəmə və Apellyasiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR