Bank Of Baku

Əli Həsənov: “Azərbaycanda bütün beynəlxalq standartlara cavab verəcək seçkilər keçiriləcək”

Əli Həsənov: “Azərbaycanda bütün beynəlxalq standartlara cavab verəcək seçkilər keçiriləcək”
# 13 iyun 2008 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri komissiyaların indiki tərkibindən daha səmərəli təklif irəli sürməyin mümkün olmadığını bildirib: “Əgər gələcəkdə bu mümkün olacaqsa, yaxud komissiyaların professionallaşdırılması və ya hansısa şəkildə siyasi qüvvələrdən tam azad olunması prosesi gedəcəksə, bu, daha yaxşı olacaq. Amma biz düşünürük ki, bu gün bu tərkiblə demokratik seçkilər keçirmək mümkündür”. Ə. Həsənov bu fikirləri Venesiya Komissiyasına da çatdırdıqlarını söyləyib: “Amma komissiyalar məsələsində razılığa gəlinməməsi heç də o demək deyil ki, Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərə hansısa xələl gələcək. Azərbaycanda bütün beynəlxalq standartlara cavab verəcək seçkilər keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR