Bank Of Baku

Azərbaycanda qeyri-hökumət təşkilatlarına seçkilərdə “exit-poll” keçirmək hüququ verilib

Azərbaycanda qeyri-hökumət təşkilatlarına seçkilərdə “exit-poll” keçirmək hüququ verilib
# 13 iyun 2008 15:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda qeyri-hökumət təşkilatlarına seçkilərdə “exit-poll” keçirmək hüququ verilib. APA-nın məlumatına görə, bu barədə
Milli Məclisin bugünkü iclasında bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə olunarkən bildirilib. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov deyib ki, “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, bundan sonra QHT-lər də seçkilərdə “exit-poll” keçirə biləcəklər. Onun sözlərinə görə, xarici hüquqi şəxslər seçkilər zamanı “exit-poll” əlaqədar tədbirlərdə yalnız Azərbaycanın QHT-ləri ilə birlikdə iştirak edə bilərlər. Müzakirələrdən sonra sənəd qəbul edilib. İclasda, həmçinin Azərbaycanla bir sıra ölkələr arasında əməkdaşlıq haqqında saziş layihələri, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirə edilərək təsdiqlənib. Deputatlar, həmçinin “Azərbaycan polisinin 90 illiyi” yubiley medalının təsis edilməsi haqqında sənədi də təsdiqləyiblər. Bundan başqa Azərbaycan Füzuli, Samux, Lerik və Yardımlı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı məsələ də müzakirə olunaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR