Bank Of Baku

Milli Məclis Azərbaycanda ehtiyac meyarının həddini 45 manatdan 55 manata artırıb

Milli Məclis Azərbaycanda ehtiyac meyarının həddini 45 manatdan 55 manata artırıb
# 13 iyun 2008 16:20 (UTC +04:00)
Parlamentin sosial siyasət məsələləri daimi komissiyasının sədri Hadı Rəcəbli deyib ki, “2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda ehtiyac meyarı 45 manatdan 55 manatadək artırılacaq. Onun sözlərinə görə, bu vaxtadək 100 minə yaxın ailə ünvanlı sosial yardım alırdısa, bundan sonra 160 minədək ailə bu imkandan yararlana biləcək. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub. İclasda, həmçinin “Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsi birinci oxunuşda, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Biometrik informasiya haqqında” qanunun layihələri isə ikinci və üçüncü oxunuşda qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR