Bank Of Baku

Əli Həsənov: “Seçki Məcəlləsini yenidən müzakirə etməyə vaxtımız yoxdur”

Əli Həsənov: “Seçki Məcəlləsini yenidən müzakirə etməyə vaxtımız yoxdur”
# 14 iyun 2008 08:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, artıq seçkilərə hazırlığın startı verilməli və seçki komissiyaları işə başlamalıdır: “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin layihəsi hələ qəbul olunmamışdan əvvəl Venesiya Komissiyası ilə birlikdə müxalifətin də müzakirələrdə iştirakı təmin olundu. Amma təəssüf ki, layihəyə yeni təkliflər olsa da, müxalifətlə bizim aramızda fikir ayrılığı yarandı, seçki komissiyaların tərkibi ilə bağlı məsələdə razılığa gəlinmədi. Siyasi partiyalar bu məsələdə razılığa gələ bilmədikləri üçün biz hakimiyyət olaraq seçki komissiyaları ilə bağlı mövcud formulun saxlanılmasını təklif etdik. Hazırda bu formul əsasında iş gedir”. Ə. Həsənovun fikrincə, Venesiya Komissiyası və AŞ PA-nın bəzi üzvləri Seçki Məcəlləsinə bəzi siyasi qüvvələrin təsiri ilə qiymət verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR