Bank Of Baku

Bahar Muradova: “Qoran Lenmarkerin vəzifədən getməsi onun Dağlıq Qarabağ üzrə məruzəçilikdən də getməsi demək deyil”

Bahar Muradova: “Qoran Lenmarkerin vəzifədən getməsi onun Dağlıq Qarabağ üzrə məruzəçilikdən də getməsi demək deyil”
# 14 iyun 2008 10:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin səlahiyyət müddəti başa çatır və qurumun gələn ay keçirilən sessiyasında yeni sədrin seçilməsi məsələsinə baxılacaq. Bu vəzifəyə kimin namizəd olacağı hələ bəlli deyil”. APA-nın məlumatına görə, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti irəli sürüləcək namizədlər arasından seçim edərək müvafiq şəxsi dəstəkləyəcək. ATƏT PA-nın prezidentliyinə azərbaycanlı üzvlərdən birinin namizədliyinin irəli sürülmə ehtimalına toxunan B. Muradova hər ölkənin namizəd irəli sürmək hüququ olduğunu söyləyib: “Amma namizəd irəli sürülərkən gərək həmin şəxsin mövqeyi, onun ölkəsinə münasibət və mövcud reallıqlar nəzərə alınsın. Çünki orada müəyyən tələblər var və namizəd bu kriteriyalara cavab verməlidir. Tarixə nəzər saldıqda görürük ki, bu vaxta qədər ATƏT rəhbərliyində münaqişəli ölkələrin nümayəndələri təmsil olunmayıblar. Ona görə də düşünürəm ki, bu amilləri nəzərə almadan namizəd irəli sürmək uğursuzluqla nəticələnə bilər”. Q. Lenmarkerin prezident kimi səlahiyyətinin başa çatmasının onun Dağlıq Qarabağ üzrə məruzəçiliyinə təsir göstərib-göstərməyəcəyinə gəldikdə, B. Muradova bunun bir-biri ilə əlaqəsi olmadığını vurğulayıb: “Məruzəçiliklə bağlı hələlik problem yoxdur. Lenmarkerin sədrlikdən getməsi məruzəçilikdən getməsi demək deyil. O, məruzəçilikdə qala da bilər və bu məsələ hələ müzakirə mövzusu deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR