Bank Of Baku

Əli Həsənov: “Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır”

Əli Həsənov: “Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır”
# 14 iyun 2008 10:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır”. APA-nın məlumatına görə, bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, təmirsiz, kommunal şəraiti pis olan binaların təmir edilməsinə yalnız sevinmək lazımdır. Ə. Həsənov bildirib ki, təmir başa çatdıqdan sonra yenidən o partiyalara həmin yerlərdə fəaliyyət göstərməsi üçün şəraiti yaradıla bilər. Prezident seçkiləri ərəfəsində qərargahsız partiyaların fəaliyyət göstərməsinin yolları ilə bağlı suala cavabında isə PA təmsilçisi bildirib ki, bunun üçün respublikanın imkanları çox genişdir: “O partiyaların özləri də yəqin yerlər tapacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR